Modern.az

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı

İdman

31 İyul 2026, 01:01

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Modern.az xəbər verir ki, Ağdam klubu səfərdə Bolqarıstanın ÇSKA komandasının qonağı olub.

Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda oynanılan matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. İlk matçda da qolsuz bərabərlik qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən Sofiya təmsilçisi növbəti raunda yüksəlib.

"Qarabağ" isə yoluna Konfrans Liqasında davam edəcək. III təsnifat mərhələsində rəqibdir Ukrayna nəhəngi "Dinamo" (Kiyev) olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi