Modern.az

İnfantino FİFA-dan istefa verməsə... - Üç futbol ittifaqından XƏBƏRDARLIQ

İnfantino FİFA-dan istefa verməsə... - Üç futbol ittifaqından XƏBƏRDARLIQ

İdman

5 Avqust 2026, 06:30

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA prezidenti Canni İnfantino istefa verməyəcəyi təqdirdə alternativ futbol turnirlərinin yaradılması imkanını nəzərdən keçirirlər.

Modern.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, adıçəkilən qurumlar İnfantinonun vəzifədən uzaqlaşdırılmasında qərarlıdır və onun postunda qalacağı və ya gələn ilin martında FIFA prezidentliyinə dördüncü müddət üçün yenidən namizədliyini irəli sürəcəyi halda bir neçə mümkün ssenari hazırlayıblar.

Bundan əlavə, UEFA, AFC və CONCACAF FIFA Şurasının iclasını boykot edə və həmin iclasda qəbul ediləcək qərarları təsdiqləməkdən imtina edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?