Modern.az

“Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq - Qurban Qurbanov

“Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq - Qurban Qurbanov

İdman

Bu gün, 12:00

Vacib səfərə yollanırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana yaxşı tanış olan komandadır. Nəticəsindən asılı olmayaraq, azarkeşləri maraqlı oyun gözləyir.

Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib:

“Səfərə yaxşı nəticə üçün gedirik. Bilirik ki, rəqib də bizə qarşı çox ciddi hazırlaşır. Hətta çempionat oyunlarını da təxirə salıblar. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı