Modern.az

“Qarabağ” Polşaya yola düşdü - FOTO

“Qarabağ” Polşaya yola düşdü - FOTO

İdman

5 Avqust 2026, 17:41

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi Polşaya yollanıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb.

Qeyd edək ki, avqustun 6-da "Lublin Arena"da təşkil olunacaq "Dinamo" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!