UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başa çatıb.
Modern.az xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Orxus"un qollarını Ceyms Boqere vurub. Azərbaycan təmsilçisinin yeganə qoluna isə Velko Simiç imza atıb.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.