Modern.az

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

İdman

Bu gün, 22:04

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edilib ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın yeddinci günündə həlledici mərhələyə vəsiqə qazanıb.

O, debütdə hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.

H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.

Digər təmsilçilərdən Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya 11:1, hindistanlı Ronak Ronaka 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa uduzan (1:4) güləşçi bürünc medal uğrunda mübarizə aparacaq.

İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub. Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə vaxtından əvvəl sıradan çıxarsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzub (8:19).

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!