“YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (//vxsida.gov.az/az/article/1484) yerləşdirilib.
“YAŞAT” Fondunun bank rekvizitləri
| Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial |
| Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3 |
| Bankın telefonları: | (+99412) 937 |
| Kod: | 805722 |
| VÖEN: | 1701393691 |
| Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
| S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
| Benefisiarın adı: | YAŞAT FONDU |
| VÖEN: | 1701393691 |
| Hesablaşma hesabları: |
|
| AZN | AZ76IBAZ38090019447968925204 |
| TRY | AZ98IBAZ38190019497968925204 |
| USD | AZ66IBAZ38190018407968925204 |
| EUR | AZ46IBAZ38190019787968925204 |
| RUR | AZ83IBAZ38190018107968925204 |
| GBP | AZ61IBAZ38190018267968925204 |