Oktyabrın 26-da Azərbaycanda qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 84-ü borclu şəxs qismində axtarışda olub.
Gün ərzində narkotiklərlə bağlı 9, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.