Xaricdə yaşayan minlərlə israilli parlament seçkilərində səs vermək üçün ölkəyə qayıdır.
Modern.az Fransanın “Le Monde” nəşrinə istinadən xəbər verir ki, seçicilər İsrailə müxtəlif ölkələrdən, o cümlədən Avstraliyadan gəlirlər.
Nəşr yazır ki, ölkəyə qayıdanlar arasında Baş nazir Benyamin Netanyahu hökumətinin əleyhdarları da var.
Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-də keçirilir. Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.