Modern.az

Azərbaycan və Macarıstan iqtisadi tərəfdaşlığı gücləndirir

Azərbaycan və Macarıstan iqtisadi tərəfdaşlığı gücləndirir

İqtisadiyyat

5 May 2023, 13:38

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə iki ölkənin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, bunu azərbaycanlı nazir Tviter hesabında bildirib.

 

O qeyd edib ki, müzakirələr Azərbaycanla Macarıstanın nümayəndə heyətləri arasında bu gün keçirilən görüşdə aparılıb: "Görüşdə Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti ilə bağlı, sənaye energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları, ticarət əlaqələrinin təşviqi müzakirə edilib".

Sizə yeni x var
Keçid et
İrana dəhşətli hücum gözlənilir! - Tarix açıqlandı