Modern.az

“PAŞA Kapital"ın vəzifəli şəxsi cərimələndi

“PAŞA Kapital"ın vəzifəli şəxsi cərimələndi

İqtisadiyyat

28 Avqust 2023, 10:20

Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib.

 

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, həmin şəxs “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.

 

Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı