Modern.az

24 sığorta agenti barədə QƏRAR

24 sığorta agenti barədə QƏRAR

İqtisadiyyat

20 Sentyabr 2024, 18:47

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

 

Modern.az AMB-yə istinadla xəbər verir ki, AMB həmçinin 19 fiziki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.

 

Lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciətlər əsasında, lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar qəbul olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı