Modern.az

Qafqazda ən ucuz pendir Azərbaycandadır - QİYMƏTLƏR

Qafqazda ən ucuz pendir Azərbaycandadır - QİYMƏTLƏR

İqtisadiyyat

Bu gün, 11:42

Dünyada yerli pendir qiymətlərinin reytinqi açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə “Numbeo” beynəlxalq statistika platforması məlumat yayıb. Hesabatda Azərbaycan öz sərfəli qiymətləri ilə diqqət mərkəzinə olub.

Siyahıda yer alan 100-ə yaxın ölkə arasında Azərbaycan yerli pendirin ən ucuz olduğu 3-cü ölkə seçilib. Platformanın məlumatına görə, ölkəmizdə yerli istehsal olan pendirin bir kiloqramının orta qiyməti 4,32 dollar (təxminən 7,34 AZN) təşkil edir ki, bu göstərici ilə Azərbaycan reytinqdə 99-cu pillədə qərarlaşıb.

Dünyanın ən ucuz yerli pendirini təklif edən ilk 5 ölkə sırasına Misir (5.88 AZN) və İrandan (6.70 AZN) sonra məhz Azərbaycan rəhbərlik edir. Sonrakı yerləri isə Nigeriya (7.79 AZN) və Hindistan (7.82 AZN) bölüşür.

Qonşu və region ölkələri ilə müqayisədə Azərbaycandakı qiymətlər xeyli aşağıdır. Belə ki, sərhəd ölkələrdə yerli pendirin kiloqramı ölkəmizlə müqayisədə iki-üç dəfə baha satılır:

•  Ermənistan: 82-ci yer - 13.24 AZN

•  Gürcüstan: 80-ci yer - 13.43 AZN

•  Türkiyə: 63-cü yer - 15.88 AZN

•  Rusiya: 26-cı yer - 21.76 AZN (Azərbaycandan təxminən 3 dəfə baha)

Reytinqin zirvəsində isə astronomik qiymətlərlə Avropa ölkələri yer alıb. Dünyanın ən baha yerli pendiri İsveçrədədir. Belə ki, burada bir kiloqram pendirin orta qiyməti 46.58 manat təşkil edir. Ən bahalı ilk beşliyə həmçinin Honkonq (38.13 AZN), Lüksemburq (36.36 AZN), Fransa (34.00 AZN) və Avstriya (34.00 AZN) daxildir.

Töhfə Səmədova

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV