Gürcüstanın milli mətbəxinin məşhur nümunələrindən olan saçıbeli sousu xarici bazarlarda getdikcə daha çox alıcı qazanır.
Modern.az xəbər verir ki, Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyun ayında ölkədən 188 ton saçıbeli sousu ixrac olunub. İxracın ümumi dəyəri 490 min ABŞ dolları təşkil edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə saçıbeli ixracının həcmi 65 faiz, dəyəri isə 59 faiz artıb.
Saçıbeli Gürcüstan mətbəxinin ən tanınmış souslarından biri hesab olunur. O, əsasən pomidor, qoz, sarımsaq, keşniş, adjika və müxtəlif ədviyyatlar əsasında hazırlanır.
Statistikaya görə, gürcü saçıbelisinin ən böyük alıcısı Rusiyadır. Bu ölkəyə 224 ton məhsul göndərilib. Sonrakı yerlərdə Avropa İttifaqı ölkələri (116 ton), ABŞ (104 ton), Azərbaycan (93 ton) və İsrail (90 ton) qərarlaşıb.
Mütəxəssislər hesab edirlər ki, milli qida məhsullarına marağın artması Gürcüstanın ərzaq ixracının genişlənməsinə müsbət təsir göstərir.