Modern.az

Ziya Məmmədov Tarif Şurasına müraciət etməyib - AÇIQLAMA

Ziya Məmmədov Tarif Şurasına müraciət etməyib - AÇIQLAMA

İqtisadiyyat

13 Yanvar 2015, 12:21


“Yanacağın bahalaşması heç bir halda sərnişindaşımaya təsir etməyəcək”.

Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, narahatlıq üçün əsas yoxdur:

“Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib”.

Tarif Şurasının bu gün qüvvəyə minən qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Bu bahalaşma vətəndaşlar arasında ciddi narahatlı doğurub. Əhali avtobuslarda gediş haqlarının artırılacağından narahatdır.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...