Modern.az

Kasko sığorta ilə bağlı yeniliklər olacaq

Kasko sığorta ilə bağlı yeniliklər olacaq

İqtisadiyyat

Bu gün, 03:56

Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeniliklər tətbiq olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığorta bazarının canlandırılması və əhalinin sığorta bazarına inamının artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanan müəyyən dəyişikliklərin həyata keçirilməsi vacibdir.

Ekspertin sözlərinə görə, sığorta hadisəsi baş verdikdə zərərin hansı hissəsini sığortalının özü ödəyəcəyi müqavilədə əvvəlcədən açıq şəkildə yazılmalıdır.

Ekspert hesab edir ki, bu məsələlərlə bağlı dəyişiklik edilərsə, gələcəkdə kasko sığortasına maraq daha da arta bilər.

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada