Modern.az

Nazir ətin bahalaşmasından danışdı: Qiymətlər sabitləşəcək

Nazir ətin bahalaşmasından danışdı: Qiymətlər sabitləşəcək

İqtisadiyyat

Bu gün, 13:07

Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı və yerli istehsalın artırılması istiqamətində yeni Dövlət Proqramının icrasına başlanılır.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir qeyd edib ki, son aylarda Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətlərin təhlili aqrar sektora investor marağının kəskin artdığını göstərir:

"Daxil olan müraciətlərin çoxluğunda həm istixana və meyvəçilik, həm də heyvandarlıq sahələrinə investisiya yatırmaq istəyən daxili və xarici investorların mühüm təşəbbüsləri yer alır. Bu investisiya axınının sahənin ümumi inkişafına müsbət təsir göstərəcəyini gözləyirik".

Bazardakı qiymət dəyişmələrinə və ətin bahalaşması məsələsinə də münasibət bildirən Məcnun Məmmədov vurğulayıb ki, yeni qəbul edilmiş Dövlət Proqramı məhz bu cür problemlərin köklü həllinə hədəflənib:

"Dövlət Proqramı yeni qəbul olunub və onun icra mexanizmlərinə start verilir. Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə ölkədə yerli məhsul istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyirik. Yerli istehsal həcmi artdıqca bazarda qiymətlərin də tədricən sabitləşməsi təmin olunacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı