Modern.az

Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü

Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü

Mədəniyyət

25 May 2020, 20:09

Jurnalist Nəzirməmməd Quliyev maraqlı təkliflə çıxış edib. Modern.az-ın məlumatına görə, N.Quliyev iki xalq şairinin doğulub boya-başa çatdığı kəndi muzeyə çevirməyi təklif edib:

“Xalq şairlərinin doğulub boya-başa çatdığı, şöhrətləndirdiyi Musa Yaqubun Buynuz və Məmməd Arazın Nursu kəndləri... Bu kəndləri böyük şairlərimizin həyatını əks etdirən muzeyə çevirmək və elə muzey kimi də qorumaq gərəkdir. Tolstoyun "Yasnaya Polyana"sı kimi. Bu barədə bir dəfə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla da müzakirə açmışdıq. Qorxmaz İbrahimli, bu barədə düşünməyə və məsələni qaldırmağa dəyər!”,-deyə jurnalist bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?