Modern.az

Mehriban Ələkbərzadə kollektivə təqdim olunub - FOTO

Mehriban Ələkbərzadə kollektivə təqdim olunub - FOTO

Mədəniyyət

16 May 2023, 22:41

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.

 

Bildirilib ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mehriban Ələkbərzadəni təbrik edib, onun teatr fəaliyyətini yüksək qiymətləndirib, quruluş verdiyi səhnə əsərlərinə olan tamaşaçı marağından danışıb. 

 

Mehriban Ələkbərzadə göstərilən etimada görə təşəkkürünü bildirib. 

 

Teatrın kollektivi təqdimatı alqışlarla qarşılayıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV