Modern.az

Hökumət filmlərlə bağlı QƏRAR VERDİ

Hökumət filmlərlə bağlı QƏRAR VERDİ

Mədəniyyət

11 Yanvar 2025, 15:31

Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarına dəyişiklik edilib. 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” Mədəniyyət Nazirliyi tərəfindən yeni redaksiyada hazırlanıb və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. 

Qeyd edək ki, filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların miqdarının denominasiyadan sonrakı məbləğlərə uyğunlaşdırılması zamanı istehsal olunan audiovizual əsərlərin diversifikasiyası şəraitində fərqli təcrübə və biliklər, mədəniyyət sahəsindəki nailiyyətlər, peşəkarlıq və yaradılacaq əsərlərin mürəkkəbliyi əsas götürüləcək. Bundan əlavə, müəlliflərin ədalətli mükafatlandırılması, müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlərin müasir tələblərə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV