Modern.az

Flora Kərimova xəstəxanadan evə buraxılıb

Flora Kərimova xəstəxanadan evə buraxılıb

Mədəniyyət

20 İyun 2026, 15:04

Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud bildirib.

“Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb”, – o bildirib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV