Modern.az

Anar: Təəssüf edirəm ki, bir daha bu sözləri ondan eşitməyəcəm

Anar: Təəssüf edirəm ki, bir daha bu sözləri ondan eşitməyəcəm

Mədəniyyət

Bu gün, 11:35

"Nəriman böyük sənətkar olmaqla bərabər çox aktiv bir insan idi. İstər baş redaktor kimi, istər nazir müavini kimi hər zaman xalqa xidmət etmişdir. Son illər Nəriman Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub".

Modern.az xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

Anar qeyd edib ki, mərhum xalq şairi ilə uzun illər xoş münasibətləri olub: "Hər dəfə telefonla danışanda onun mehriban sözlərini eşidirdim: "qadanalım", "qurban olum". İndi çox təəssüf edirəm ki, bir daha bu sözləri onun dilindən eşitməyəcəm".

O bildirib ki, Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.

Anarın sözlərinə görə, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır: "Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var