Modern.az

Modern.az-da deputatlarla fərqli layihə - İlk ünvan İMİŞLİ oldu

Modern.az-da deputatlarla fərqli layihə - İlk ünvan İMİŞLİ oldu

Media

Bu gün, 17:35

Modern.az İnformasiya Portalı sosial media izləyicilərini ölkənin bölgələri ilə daha yaxından tanış etmək məqsədilə yeni “Modern.az Gallery” layihəsinə start verib.

Layihə çərçivəsində Milli Məclisin deputatları təmsil etdikləri rayonlardan ən görkəmli və məhz həmin əraziyə xas olan məkanların fotolarını redaksiyaya təqdim edirlər. Daha sonra bu görüntülər Modern.az-ın sosial media platformalarında paylaşılır və izləyicilərə həmin məkanın harada yerləşdiyini müəyyənləşdirmək təklif olunur.

Doğru və ən ətraflı cavab verən 3 izləyici layihə qalibi seçilir və onları həmin deputatla xüsusi görüş gözləyir. Görüş zamanı iştirakçılar deputatla bölgə haqqında fikir mübadiləsi aparır, yerli xüsusiyyətlər barədə müzakirələr edilir və qaliblərə deputat tərəfindən hədiyyələr təqdim olunur.

İlk paylaşım üzrə keçirilən sorğuda təqdim olunan məkanın İmişli rayonunda yerləşən Qızıltəpə abidəsi olduğu müəyyən edilib. Sosial media izləyiciləri olan İradə Cəlilova, Rəşad Şirinov və Sənan İbrahimov düzgün cavab verərək layihənin ilk qalibləri seçiliblər.

“Modern.az Gallery” layihəsinin ilk deputat qonağı da elə 81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev olub. Deputat redaksiyanın qonağı qismində qaliblərlə görüşüb. Səmimi mühitdə keçirilən görüşdə İmişli rayonu və onun az tanınan məkanları barədə geniş söhbət aparılıb.

Layihənin əsas məqsədi Azərbaycanın bölgələrinin turizm potensialını və unikal xüsusiyyətlərini tanıtmaq, bölgələrə xüsusi diqqət çəkmək, eyni zamanda ictimaiyyətlə deputatlar arasında daha fərqli ünsiyyət platforması yaratmaqdır.

 “Modern.az Gallery” layihəsi mütəmadi şəkildə davam etdiriləcək, digər rayonların deputatlarının iştirakı ilə yeni paylaşımlar təqdim olunacaq.

151439715143921514391151439515143891514387151439615143951514394151439315143901514388

 

Whatsapp
Bizə yazın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?