Keçmiş təhsil naziri Firudun Cəlilov Modern.az-a açıqlamasında bildirib ki, siyasi baxımından həmin universitetlərin birləşdirilməsi məqsədəuyğun deyil.
Təhsil eksperti bunu ermənilərin əleyhinə işləyəcək vacib fakt kimi dəyərləndirib.
“Bu gün Ermənistanda rus məktəbi yoxdur, bizdə hətta rus-Bakı Slavyan Universiteti də var. Siyasi baxımdan manevr etmək üçün bu, lazımdır.
Amma gələcəkdə bunlar birləşməli və bir universitet olmalıdır. Birmənalı olaraq bu fikri dəstəkləyirəm. Bizdə balaca-balaca və heç bir əhəmiyyəti olmayan bir neçə universiteti birləşdirmək lazımdır”.