Modern.az

Sülhəddin Əkbər Nemət Pənahlının adını çəkməyi özünə SIĞIŞDIRMADI

Sülhəddin Əkbər Nemət Pənahlının adını çəkməyi özünə SIĞIŞDIRMADI

7 İyun 2016, 13:35

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı “Yeni Müsavat”a müsahibəsində bildirib ki, rus qoşunlarını  Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti Azərbaycandan çıxarmayıb.

 

“Rus ordusu qan tökülən həmin mərhələdə Azərbaycandan çıxdı. Sual edirəm, rus ordusunu nə ilə, hansı güclə çıxardılar? Əgər AXC iqtidarının rus ordusunu çıxarmaq qüdrəti var idisə, elə erməni daşnaklarını Qarabağdan çıxaraydı.

Sadəcə, rus geri çəkildi, burada da iblis torunu qurmuşdu ki, Azərbaycanda vətəndaş müharibəsi salacaq, elə bir qırğın yaradacaq ki, Xocalı da, 20 Yanvar da yaddan çıxacaq, xalqa sübut edəcəklər ki, görürsüz, biz müstəqil, rus olmadan yaşaya bilmərik”,-deyə o bildirib.

AXC iqtidarı zamanında milli təhlükəsizlik nazirinin I müavini işləmiş Sülhəddin Əkbərin Nemət Pənahlıya cavabı sərt olub.

 

O, Modern.az-a açıqlamasında “xahiş edirəm, sualı onun adını çəkmədən mənə verin” deyə bildirib.

 

Sülhəddin Əkbər qeyd edib ki, onun (Nemət Pənahlı-red) dedikləri hamısı cəfəngiyyat və yalandır.

“Mən onun adını da çəkmək istəmirəm. Dedikləri isə yalandan başqa bir şey deyil. Hamı bilir ki, rus qoşunları nə zaman və niyə Azərbaycandan çıxarılıb. Kiminsə nəsə deməsi ilə tarix dəyişmir. Ona demək lazımdır ki, niyə yalan danışırsan?”.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir