Modern.az

13 mənzildən oğurluq edən dəstə ZƏRƏRSİZLƏŞDİRİLDİ

13 mənzildən oğurluq edən dəstə ZƏRƏRSİZLƏŞDİRİLDİ

Aktual

25 İyun 2016, 11:53

Həbs edilən şəxslərin daha bir neçə evdən oğurluq etdiyi müəyyənləşib.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.

 

Belə ki, iyunun 23-də tutulan Əliyusif  Fərəcovun, Ruslan Hüseynovun, Ələkbər Hüseynovun, Əlvan Zeynalovun və Orxan Zeynalovun ətrafında Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il fevralın 11-dən cari il aprelin 13-dək olan müddətdə daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

 

Bundan başqa, Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə iyunun 9-da tutulan Nurlan Hacıyevin ötən ilin sentyabrın 21-dən cari il aprelin 22-dək olan müddətdə daha 4 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı