Arxiv
5 İyul 2016, 09:54 | AKTUAL
Nazir: “Torpaqları qısa müddətdə azad etməliyik”

Azərbaycan Respublikası müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb. Modern.az-ın məlumatına görə, nazirin təbrikində deyilir:


“Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan Ümummilli liderimiz Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalmışdır. Məhz onun hakimiyyəti dövründə ölkəmizdə sağlam dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.
Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan Respublikamız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, dövlətimizin müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızada ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram”.

 

 Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49