Modern.az

Erməni əsgərin intihara cəhdinə görə üç nəfər tutulub

Erməni əsgərin intihara cəhdinə görə üç nəfər tutulub

Aktual

5 İyul 2016, 14:05

Ermənistan ordusunun hərbi qulluqçusu Razmik Abramyanın intihara cəhdi ilə bağlı qaldırılan cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda məhkəmə departamentinin mətbuat xidmətindən məlumat verilib.

 

İnsident 2015-ci il dekabrın 9-da baş verib. Razmik Abramyan döş qəfəsinin sol hissəsindən güllə yarası alıb.

 

Bu fakt üzrə açılan cinayət işinə görə əsgərlər A.Karapetyan, S.Melkonyan və V.Ter-Vardanyan həbs ediliblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü