Modern.az

Gənc miqrantların gənclər təşkilatlarında iştirakı məsələsi araşdırılacaq

Gənc miqrantların gənclər təşkilatlarında iştirakı məsələsi araşdırılacaq

27 Oktyabr 2009, 18:22

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi birgə 30 oktyabr – 1 noyabr tarixlərində “Gənclər işində kütləviliyin təmin olunması və gənc miqrantların gənclər təşkilatlarında iştirakının stimullaşdırılması ” adlı layihəni həyata keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, layihənin məqsədi Avropa Gənclər Forumunun gənclər təşkilatlarının iştirakına nail olmaq və diqqəti gənc miqrantların, gənclər təşkilatlarının strukturlarına daxil edilməsində və onlarla əməkdaşlıq etməkdə cəmləşdirmək prinsiplərinə riayət etməkdir. Bu Avropa Gənclər Forumunun 2009-2010-cu illər üçün nəzərdə tutulan insan hüquqları iş planından irəli gəlir. Bu plan diqqəti xüsusən miqrantların iştirakına və qoşulmasına yönəldir.

 

“Gənclər işində kütləviliyin təmin olunmasında gənclər təşkilatlarının iştirakının stimullaşdırılması” adlı layihəninin rəsmi açılış mərasimi 30 oktyabr tarixində saat 11.00-da Quba Olimpiya Kompleksində keçiriləcək. Açılış mərasimində  millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf  Həbibov iştirak edəcək. Tədbirdə hər birindən 2 iştirakçı olmaqla 15 ölkədən 30 gənc iştirak edəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?