Modern.az

Azərbaycan mediasi hansı ölkələrin KİV-ləri ilə əməkdaşlıq edir?

Azərbaycan mediasi hansı ölkələrin KİV-ləri ilə əməkdaşlıq edir?

Media

30 Oktyabr 2009, 17:25

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması istiqamətində 18 KİV arasında sorğu keçirib. Sorğu zamanı həm də yerli KİV-in beynəlxalq media qurumları ilə əlaqələrinin səviyyəsi öyrənilib.

BAMF-dan Modern.az-a bildirilib ki, sorğunun nəticəsi göstərir ki, rəyi öyrənilən KİV orqanlarının 88,8 %-i beynəlxalq əlaqələr qurmağa nail olub. Azərbaycan KİV-lərinin əməkdaşlıq etdiyi beynəlxalq media qurumlarının arasında Türkiyədə fəaliyyət göstərən mətbuat orqanları çoxluq təşkil edir. Sorğuda iştirak edən jurnalist təşkilatları, mətbuat orqanları və informasiya qurumlarının 66,4 %-i Türkiyənin media qurumları ilə əməkdaşlığa üstünlük verirlər.   B

ununla yanaşı, sorğuya cəlb olunan media qurumlarının xarici partnyorları arasında dünyanın nüfuzlu xəbər istehsalçılarının da adına rast gəlmək mümkündür. Azərbaycan Mətbuat Şurası, BAMF, JuHİ, CASCFEN, «Yeni Nəsil» Jurnalistlər Birliyi, DJL və digər jurnalist qurumlarının əməkdaşlıq etdikləri beynəlxalq təşkilatların sırasında Avropa Şurası, ATƏT, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistika Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Dünya Qəzetlər Assosiasiyası, IFEX və digər nüfuzlu beynəlxalq qurumlar var.

Araşdırmalar nəticəsində məlum olub ki, sorğuda iştirak edən KİV orqanlarının  44,4%-i beynəlxalq qurumlarda təmsil olunur.

Layihə çərçivəsində aparılan araşdırmalar zamanı o da məlum olub ki, sorğuda iştirak edən bütün təşkilatlarda müxtəlif xarici dilləri bilən əməkdaşlar çalışır. Əməkdaşların ümumi say nisbətində isə bu göstərici 52,7 % təşkil edir.

Sorğuya cəlb olunan informasiya agentliklərinin beynəlxalq əlaqələri də qənaətbəxş sayıla bilər. APA, Trend, AzərTAc və «Səs» informasiya agentliklərinin əməkdaşlıq etdiyi təşkilatların arasında ABŞ-ın və Avropanın nüfuzlu xəbər istehsalçılarının adlarına rast gəlmək mümkündür.

BAMF layihə çərçivəsində sorğuda iştirak edən media qurumlarının dünya informasiya məkanına çıxışının yaxşılaşdırılması ilə bağlı təkliflərini də öyrənir. Sorğuda iştirak edən KİV rəhbərlərinin 50%-i bu problemin dövlət dəstəyi ilə həll ediləcəyinə inanır.

Sorğunun nəticəsindən bəlli olur ki, Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Amma bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Lakin dünyanın aparıcı KİV-ləri və media qurumları ilə yaxından əlaqə qurmaq vacibdir. Azərbaycan mətbuatının dünya mediası ilə daha da sıx əlaqələr qurması üçün BAMF gələcəkdə də öz işini davam etdirəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir