Modern.az

Milli Məclisdən çoxuşaqlı ailələlərə şad xəbər - Yeni TƏKLİF

Milli Məclisdən çoxuşaqlı ailələlərə şad xəbər - Yeni TƏKLİF

Parlament

8 Oktyabr 2016, 09:13

“Çoxuşaqlı ailələrə ev tikmək məqsədilə torpaq sahələri vermək lazımdır. Məsələ ilə bağlı təklifləri Milli Məclisdə səsləndirmişəm. Təklif edirəm ki, 4 və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilsin. Buna ictimai dəstək olarsa təbii ki, reallaşacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, artıq məsələ ilə bağlı ideya ortaya atılıb:

“Qanun o zaman qəbul edilir ki, buna sosial sifariş olsun. Artıq niyyət və ideya ortadadır.  Hesab edirəm ki, həqiqətən də 4 və 5, daha çox uşağı olan ailələrə ev tikmək üçün torpaq sahələri ayrılmaldır.

Dünya təcrübəsində də belə hallar mövcuddur. Çoxuşaqlı ailələrə dövlət qayğısı hər zaman olmalıdır. Çünki ailədə böyüyən 4 və 5 uşaq gələcəkdə hərəsi bir ailə bacısı olacaq. Onlara torpaq sahələri verilməlidir ki, ev tikib içinə yığışa bilsinlər. Sadəcə olaraq bu məsələdə dövlət öz xoş niyyətini ortaya qoymalıdır”.


M.Quliyev söyləyib ki, məsələ ilə bağlı Milli Məclisin komitələrində müzakirələr olacaq:

“Bu məsələni komitə iclaslarında da qaldıracam. Çalışacağıq ki, çoxuşaqlı ailələrə ev tikmək üçün torpaq sahələrinin ayrılması məsələsi Ailə Məcəlləsində və digər hüquqi normativ aktlarda öz əksini tapsın. 

Bu  məsələ həllini tapsa Azərbaycanda xeyli sayda ailə qurmaq istəyən gəncin ev problemi həll olunacaq”.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır