Modern.az

Güclü yağış Bakıda yolları iflic etdi - FOTOLAR

Güclü yağış Bakıda yolları iflic etdi - FOTOLAR

17 Oktyabr 2016, 09:45

Oktyabrın 17-si gecədən etibarən yağan intensiv yağışlar paytaxt Bakıda nəqliyyatın hərəkətini iflic edib. Sıxlıq əsasən Neftçilər, Ziya Bünyadov, Xətai prospektlərindədir.

Sıxlıq yaşanan istiqamətlərdən biri də “Yeni Günəşli” qəsəbəsindən “Xalqlar dostluğu” metrostansiyası  istiqamətindədir. Yollarda yığılıb qalan yağış suları hərəkətə əngəllər törədib. Xarab olaraq yolun ortasında qalan 50 və 104 nömrəli marşrut avtobusları isə vəziyyəti daha da qəlizləşdirib.

Modern.az-ın əməkdaşının da tıxacda qaldığı 50 dəqiqə ərzində isə ərazidə heç bir yol polisi əməkdaşı görünməyib.


Tıxac səbəbindən əksər marşrut avtobusları da qrafikdən çıxaraq gecikmələrlə işləyirlər.

 

Küçələrdə yığılıb qalan yağış suları eyni zamanda piyadaların yolu keçməsinə imkan vermir.

Bakının bu günündən fotoları təqdim edirik:

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər