Modern.az

Gender probleminə bu tarixdə son qoyulacaq

Gender probleminə bu tarixdə son qoyulacaq

Aktual

4 Noyabr 2016, 14:04

Dünya İqtisadi Forumunun son  son 11 ildə keçirdiyi araşdırma nəticələrinə görə, gender bərabərsizliyi  ancaq 170 il sonra, yəni 2186-cı ildə sonlanacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticələrində son 144 ölkə içərisində İslandiya iqtisadiyyatda gender bərabərliyinə görə yeddi il ard-arda birinci olub. İslandiyanı, Finlandiya, Norveç və İsveç izləyib.

 

Almaniya 13-cü, qonşuları Hollandiya 16-cı və Fransa 17-ci sırada yer alıb.  Almaniyanın Malburg Universiteti ilə Statistika qurumunun statistikalarına görə 81milyon 291 min Almaniya əhalisinin 41,7 milyonu  qadındır. Siyasətdə qadınların sayının az olması qadınların siyasətə marağının az olduğunu göstərir.

 

Almaniya Federal Məclisində 631 millət vəkilindən 230-u qadın millət vəkilidir.

 

Qafar Ağayev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?