Arxiv
15 mart 2017, 12:27 | AKTUAL
Azərbaycanın 13 rayonunda tütünçülük genişləndirilir

Kənd Təsərrüfatının bütün sahələri kimi tütünçülüyün inkişafı da prioritetdir. Ölkəmizdə son illər tütün istehsalını stimullaşdırmaq üçün bir sıra addımlar atılır. Hazırda tütünçülükdə hansı səviyyədədir? Hansı addımlar atılıb?

Məsələ ilə bağlı  Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a danışıb. O bildirib ki, tütünün emalı üzrə tədbirlər planı təsdiq olunub.

“Torpaq sahələrinin işlənməsi, aqrotexniki tam yerinə yetirilməsi, qulluq işləri, məhsulun təhvili və sair bunların hamısı tədbirlər planında öz yerini tapıb. Eyni zamanda respublikanın 13 rayonunda, xüsusilə də Zaqatala, Balakən, Şəki, Qax, Oğuz rayonlarında tütün sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Ötən il 2360 hektar sahədən 3585 ton, hektardan 15,2 sentner təşkil etməklə məhsul yığılmışdı. Bu da öncəki illə müqayisədə 3,4 faiz çoxdur. Hal-hazırda bu sahə ilə bağlı bölgələrdə tütün toxumunun səpini prosesi həyata keçirilir və belə düşünürük ki, may ayında tütün şitilləri sahəyə köçürüləcək.

Tütünə dövlətin dəstəyi haqqında ölkə prezidentinin sərəncamı var. Tütün istehsalını stimullaşdırmaq üçün tütün istehsalçılarına quru tütünün 1 kiloqramına və yaş tütünün 10 kiloqramına görə dövlət büdcəsindən subsidiya verilir. Artıq bununla bağlı 10 fevral 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Komissiyanın qərarı ilə 7 rayon üzrə 195 tütün istehsalçısına quru tütünün 1 kiloqramına və yaş tütünün 10 kiloqramına görə 5 qəpik subsidiya verilməsi barədə qərar verilib.

Əkilən tütün sortları Virciniya və ikiyarpaq sortudur. Hal-hazırda bölgələrdə şitilin hazırlanması üçün istixanalarda toxumun səpilməsi istiqamətində işlər görülür”.


Qafar Ağayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Vladimir Putinlə görüşdü: “İlk dəfədir Birinci vitse-prezident statusunda Rusiyaya gəlirsiniz” 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29