Modern.az

Bu gündən paytaxt yollarında qadağalar tətbiq olunacaq

Bu gündən paytaxt yollarında qadağalar tətbiq olunacaq

Aktual

5 May 2017, 00:14

Bu gündən paytaxt yollarında mədudiyyətlər tədbiq olunmağa başlayacaq. Modern.az xəbər verir ki, qadağa Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı avtomobil yollarında müəyyənləşdirilən xüsusi hərəkət zolaqlarında tətbiq ediləcək. Belə ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Qadağa tətbiq olunan küçə və prospektlər bunlardır: Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü