Modern.az

İTV barədə təkliflərə baxılacaq

İTV barədə təkliflərə baxılacaq

13 Noyabr 2009, 10:19

Ona yaxın millət vəkili parlamentdə 2010-cu ilin dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayım Şirkətinə ayrılan vəsaitin artırılmasını təklif edib.
Modern.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bu məsələ ilə bağlı deyib ki, ölkədə xeyli sayda telekanal fəaliyyət göstərir və onların heç birinə dövlət tərəfindən maliyyə ayrılmır: “Bu məsələnin bir tərəfidir. Gələn ilin büdcəsindən İTV-yə 8 milyon manat ayrılıb. İTV-nin maddi texniki bazasının qurulması və fəaliyyəti üçün işlər görülüb. Ancaq 2010-cu ilin yanvarın 1-dən bu öhdəlik başa çatır. Ona görə də İctimai Televiziya abunə və sair mənbələr hesabına fəaliyyət göstərə bilər. İndi bazar iqtisadiyyatı şətaitində yaşayırıq. Bir telekanala maliyyə ayırıb digərinə ayırmamaq balansı pozur və rəqabətə təsir göstərir”.
Nazir deputatların İTV ilə bağlı təkliflərinə baxılacağını da istisna etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir