Modern.az

Gəncədə kütləvi dava:  xəsarət alanlar var  

Gəncədə kütləvi dava:  xəsarət alanlar var   

Aktual

10 İyul 2017, 00:49

Gəncədə kafedə kütləvi dava olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

İnsident nəticəsində Gəncə sakini,  1982-cü il təvəllüdlü Kərimov Münasib Rasim müxtəlif bədən xəsarətləri Gəncə Təcili Tibbi Yardım Xəstəxanası yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, M.Kərimov qəsəbədəki kafelərin birində kütləvi dava zamanı döyülüb. Ona həmçinin bıçaq xəsarəti yetirildiyi bildirilir.  Dava zamanı M.Kərimovun əmisi oğlu yüngül xəsarət alıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!