Modern.az

“Qarabağ”ın Çempionlar Liqasındakı oyununu türk hakim idarə edəcək  

“Qarabağ”ın Çempionlar Liqasındakı oyununu türk hakim idarə edəcək   

Aktual

10 İyul 2017, 11:06

Sabah futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Ağdam)–“Samtredia” (Gürcüstan) oyunu saat 21:00-da başlayacaq.

Artıq oyunun hakimləri də bəllidir. Belə ki, qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək.

Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var