Modern.az

“Dalğa” Gənclər Hərəkatı beynəlxalq liberallara tam hüquqlu üzv oldu

“Dalğa” Gənclər Hərəkatı beynəlxalq liberallara tam hüquqlu üzv oldu

14 Noyabr 2009, 11:19

Azərbaycanın fəal gənclər təşkilatlarından biri olan “Dalğa” Gənclər Hərəkatı Beynəlxalq Liberal Gənclər Federasiyasının (IFLRY) tam hüquqlu üzvü olub. Hərəkatdan Modern.az-a bildirilib ki, “Dalğa” rəhbərliyi hazırda Hollandiyanın Haaqa şəhərində IFLRY-nin qurultayında iştirak edir. Qurultayda “Dalğa”nı Orxan Nəbiyev, Emin Rəsulzadə və Rövşən Nəcəfov təmsil edirlər. R.Nəcəfov saytımıza deyib ki, qurultayda “Dalğa” böyük səs çoxluğu ilə dünyanın ən böyük liberal gənclər şəbəkəsinə tam hüquqlu üzvü olub.
Qeyd edək ki, nuyabrı 15-dək davam edəcək qurultayda beynəlxalq liberalların prezidenti və İdarə Heyətinin  seçkiləri keçiriləcək.
16-21 noyabr tarixində “Dalğa”çılar Liberal Gənclərin Beynəlxalq Federasiyasının Amsterdam şəhərində keçirilicək “İnsan alverinə qarşı – Mən satılmıram” adlı seminarında iştirak edəcəklər.
“Dalğa” Gənclər Hərəkatı 2008-ci ilin dekabr ayında Beynəlxalq Liberal Gənclər Federasiyasına üzvlüyə namizəd kimi qəbul olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir