Arxiv
4 Avqust 2017, 13:34 | AKTUAL
BANM tələbələri 10-cu qrant müsabiqəsinin qalibləri sırasında

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 24 aprel-15 may 2017-cı il tarixlərində keçirilmiş 10-cu qrant müsabiqəsinin nəticələri elan edilib. Nəticələrə əsasən, “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə qalib gələn 418 layihədən 7-si Bakı Ali Neft Məktəbinin (BANM) tələbləri tərəfindən və 3 layihə isə BANM Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə irəli sürülən layihələrdir.


Müsabiqənin məqsədi gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. 20 istiqamət üzrə keçirilən qrant müsabiqəsi əsasən sosial həyat tərzi, ekologiya, mədəniyyət, yaradıcılıq və digər bu kimi sahələri əhatə edir.


Belə ki, Bakı Ali Neft Məktəbinin  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayaz Səmədlinin  “Alqoritmik düşüncənin inkişafı”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi və BANM Tələbə Həmkarlar Təşkilatının sədri Zaur Məmmədzadənin “Biokütlədən sənaye məhsullarının istehsalı”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Vüsal Quluyevin “İstixana Effekti-Artan Entropiya”, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Anar Bədəlbəylinin “Mühəndislərlə Gələn Gələcək”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elvin İsmayılovun “Gənc 3D Printer  Mühəndisləri”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Leyli Abbasovanın “Azərbaycanın gənc veb proqramçıları”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Azər Ömərovun “Gənc drone mühəndisləri” layihələri məhz həmin qrant müsabiqəsi nəticəsində BANM-in təşkilati dəstəyi ilə həyata keçiriləcəkdir.

 
BANM TGT-nin tərəfdaşlığı ilə qalib olmuş daha 3 layihənin də BANM-də keçirilməsi nəzərdə tutulur. Həmin layihələr də daha çox texniki sahələri əhatə edir və mühəndislik bacarıqlarının artırılmasına yönəlmişdir.


Layihələr çərçivəsində maraqlı seminar, ekskursiya və təqdimatlar keçiriləcək. İştirakçılar həmin təlimlərdə komanda şəklində işləməyi öyrənəcək və dəyərli proqramlaşdırma təcrübəsi qazanacaqlar. Layihələrə 15-30 yaş arası gənclərin cəlb edilməsi xüsusi təqdirəlayiq hal hesab edilir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13