Modern.az

Müəllimlərin imtahanında maksimum bal toplayanlar Modern.az-a DANIŞDILAR  

Müəllimlərin imtahanında maksimum bal toplayanlar Modern.az-a DANIŞDILAR   

Aktual

4 Avqust 2017, 16:00

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda test mərhələsi davam edir. İyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 mindən çox namizəd iştirak edib.

Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

İmtahanlarda ən yüksək-60 bal toplayan müəllimlər təəssüratlarını Modern.az-la bölüşüblər.


Müəllimlərin işə qəbulu zamanı 60 bal toplayan Aybəniz Əsgərova fərdi şəkildə hazırlaşdığını deyir.


“Fərdi şəkildə imtahanlara hazırlaşmışam. Heç bir müəllim yanına da getməmişəm. Əslən Şəmkir rayonundanam. Bakıda yaşayıram. 2015-ci ildə Azərbaycan Pedaqoji Univeraitetin kimya-biologiya fakültəsini bitirmişəm. İki il iş təcrübəm var. İmtahan verməkdə məqsədim yerdəyişmə etməyimlə bağlıdır. Çox istəyirəm ki, Bakının Qaraçuxur qəsəbəsində xarici dil təmayüllü gimnaziyada işləyim. Hələ ki tam qərar verməmişəm. Vakansiyalarla tanış olub seçim edəcəm”.

İmtahanda 59 bal toplayan Rahil Cəfərli isə həm yaxşı nəticə göstərməsinin, həm də subaylığın daşını atmağa hazırlaşmağın sevincini yaşadığını deyir:

“Sumqayıt şəhərində yaşayıram. Kimya üzrə imtahan verdim. 2014-cü ildə universiteti bitirmişəm. Hərbi xidmətdə olduğumdan işləmək prosesi gec alındı. Bir il olar ki, “Hədəf” kurslarının Sumqayıt filialında  çalışıram. Artıq işləyə-işləyə pedaqoji təcrübə əldə etmişəm. Hələ ki, subayam. Noyabr ayında toyum olacaq”

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü