Modern.az

Bu sahələr gözləntiləri doğrultmadı - Qeyri-neft artımı azaldıldı

Bu sahələr gözləntiləri doğrultmadı - Qeyri-neft artımı azaldıldı

İqtisadiyyat

Bu gün, 13:05

Azərbaycanda 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozlarına yenidən baxılıb. Tikinti və turizm sektorlarında gözlənilən artım templərinin aşağı olması qeyri-neft-qaz sektorunun ümumi proqnozuna da təsir edib.

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ildə Azərbaycanda ÜDM-in real ifadədə 1,7 faiz artaraq 138 milyard manata çatacağı gözlənilir. Bu göstərici dövlət büdcəsi layihəsinin hazırlanması zamanı təqdim edilən əvvəlki proqnozla müqayisədə nominal ifadədə 3,9 milyard manat çoxdur.

Qeyri-neft ÜDM-in isə real ifadədə 3,1 faiz artaraq 100 milyard manata çatacağı proqnozlaşdırılır. Bununla belə, yeni göstərici əvvəlki proqnozla müqayisədə nominal ifadədə 1,7 milyard manat aşağıdır.

İqtisadi artımla bağlı proqnozların dəyişməsində əsas amillərdən biri tikinti və turizm sektorları üzrə gözləntilərin əvvəlki qədər yüksək olmamasıdır.

Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektorunda ÜDM-in real artım tempi üzrə proqnoz 5 faizdən 3,1 faizə endirilib.

Bununla yanaşı, 2026-cı il üzrə orta illik inflyasiya proqnozu da yüksəldilib. Əvvəlki 4,8 faizlik göstərici yeni proqnozda 5,7 faiz səviyyəsinə qaldırılıb.

İnflyasiya gözləntilərinin dəyişdirilməsində cari ilin ötən dövründə qeydə alınan faktiki inflyasiya, dünya bazarlarında əmtəə və ərzaq qiymətlərinin dinamikası, bunun idxal qiymətlərinə təsiri, eləcə də tənzimlənən mal və xidmət tariflərində baş verən dəyişikliklər nəzərə alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür