Modern.az

Ukrayna səfiri Krımı Qarabağın azadlığı ilə müqayisə etdi

Ukrayna səfiri Krımı Qarabağın azadlığı ilə müqayisə etdi

Dünya

Bu gün, 12:00

Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal Rusiyanın Krımı işğalı etməsi, Ukraynadakı müharibə və Ankara-Kiyev münasibətləri barədə geniş açıqlamalar verib.

Modern.az xəbər verir ki, diplomat Ukraynanın davam edən müharibəyə və gündəlik hücumlara baxmayaraq, öz ərazilərini geri qaytarmaq əzmində olduğunu bildirib.

Nariman Cəlal Krımın gələcəyini Qarabağın azadlığı ilə müqayisə edib və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Ukraynanın qələbə qazanacağına inandığını vurğulayıb.

Səfir qeyd edib ki, hazırda Krımda 300-dən çox siyasi məhbus var və onlardan 169-u Krım tatarıdır. Onun sözlərinə görə, işğalçı hakimiyyət yarımadada məcburi ruslaşdırma siyasəti aparır və yerli əhalinin sıxışdırılmasını davam etdirir.

Nariman Cəlal son bir ay ərzində Kiyevdə olduğunu bildirərək, Rusiya raket və pilotsuz uçuş aparatlarının enerji infrastrukturuna mütəmadi zərbələr endirdiyini deyib. Diplomatın sözlərinə görə, təkcə iyul ayında Ukraynada 437 mülki şəxs həlak olub, 2,5 mindən çox insan yaralanıb.

Səfir Türkiyəyə Qara dəniz boğazlarını Rusiya hərbi gəmiləri üçün bağladığına və müdafiə sənayesi sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib. O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğana şəxsi azadlığa buraxılması prosesində göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Nariman Cəlal Moskvanın məqsədlərinin yalnız Ukrayna ilə məhdudlaşmadığını qeyd edərək, Rusiyanın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üçün də təhlükə yaratdığını iddia edib.

Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə bağlı fikirlərinə də yer verilib. Bildirilir ki, Türkiyə Aİ-yə üzvlük niyyətini qoruyur, lakin Ankara üçün əsas prioritet bununla məhdudlaşmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür