Modern.az

Bəşər Əsədin əmisi oğlu ölümə məhkum edildi

Bəşər Əsədin əmisi oğlu ölümə məhkum edildi

Dünya

Bu gün, 13:45

Dəməşqdəki məhkəmə Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vəssim Əsədi ölüm cəzasına məhkum edib.

Modern.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Məhkəmə Vəssim Əsədi “insanlığa qarşı cinayət və hərbi cinayət hesab olunan qəsdən adam öldürmə və işgəncələrdə” təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, istintaq Vəssim Əsədin yaşayış məntəqələrinə hücumlar həyata keçirən və kütləvi qətllər törədən qeyri-qanuni silahlı qruplaşmaların yaradılmasında iştirak etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, avqustun 11-də Dəməşq məhkəməsi Bəşər Əsədi və bir neçə keçmiş məmuru da ölüm cəzasına məhkum edib.

Onlar qəsdən adam öldürmə, işgəncə, qanunsuz həbslər və insanlığa qarşı cinayətlər də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirli biliniblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür