Modern.az

Bakıda xuliqanlıq: Naməlum şəxs binanı oda verdi - FOTOLAR

Bakıda xuliqanlıq: Naməlum şəxs binanı oda verdi - FOTOLAR

21 Aprel 2018, 14:18

Bakının Hövsan qəsəbəsində ötən gün müəmmalı xuliqanlıq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəsəbənin Rasim Şahsuvarov 28 küçəsində yerləşən 1 nömrəli binanın dəhlizində naməlum şəxs yanğın törədib. Belə ki, aprelin 19-u gecə saat təxminən 02:00-04:00 aralığında naməlum şəxs binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər bütün dəhliz və pilləkanlara benzin töküb və onu alışdırıb.

 

 

Yanğın nəticəsində öz mənzillərində girov qalan sakinlər Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə xidmətinə zəng edə biliblər. Əraziyə cəlb edilən 3 yanğınsöndürmə maşını alovun qarşısını alaraq baş verə biləcək faciənin qarşısını alıblar.

 

Yanğın binanın dəhlizinə ciddi ziyan vurub və eletrik sayğaclarını əridib, binanın işıq, qaz və su kommunikasiyalarına ziyan vurub.

 

Hadisəni törədən şəxsin kimliyi hələ müəyyən olunmayıb. Buna görə də bina sakinlərinə Modern.az-ın əməkdaşına öz narahatlıqlarını bildiriblər və məsələ ilə bağlı ciddi araşdırma aparılmasını arzu ediblər.

 

Sakinlər yanğının özündən sonra qoyduğu fəsadları əks etdirən fotoları da göndəriblər.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi