Modern.az

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb  

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb   

Aktual

23 Aprel 2018, 15:59

Azərbaycan Prezidentinin 7 sentyabr 2016-cı il tarixli, 1040 nömrəli sərəncamına uyğun olaraq 2019-cu ilin 1-10 oktyabrında əhalinin növbəti siyahıyaalınması keçiriləcək.

Bu barədə Dövlət Statasitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Şöbə müdirinin sözlərinə görə, ölkə başçısının fərmanının icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması və onun keçirilməsilə bağlı tədbirlər planı haqqında” Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli, 517 nömrəli Qərarı ilə əhalinin siyahıyaalınmasına hazırlıq işləri, onların icra müddətləri müəyyən edilib, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib:

“Əhalinin növbəti siyahıyaalınmasının metodologiyası “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmasının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri”nə uyğunlaşdırılıb və yeni müxanizmlərin tətbiqi üçün təkmilləşdirmələr aparılıb.

Dövlət Statistika Komitəsində əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunların işlənilməsi, nəticələrin dərc edilərək yayılmasını təmin etmək məqsədilə siyahıyaalma qrupu yaradılıb”.

 

R.Süleymanov bildirib ki, 2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının ilkin məlumatları ümumiləşdirilərək 2022-ci ildə yekun məlumatlar əldə ediləcək, sonrakı mərhələdə isə nəticələr dərc edilərək yayımlanacaq.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi