Modern.az

Zaqataladakı zəlzələdə 500-dən çox evə ziyan dəyib - RƏSMİ

Zaqataladakı zəlzələdə 500-dən çox evə ziyan dəyib - RƏSMİ

7 İyun 2018, 11:15

İyunun 5-də yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində yeraltı təkanlar qeydə alınıb.

 

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rayondakı son vəziyyətlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Komissiya sədri bildirib ki, Zaqatalada hiss ediləcək yeraltı təkanlar səngiyib:

 

“Hazırda zəlzələ ilə bağlı yaradılmış komissiyalar işləyir. İlk növbədə sosial obyektlər və evlərə dəymiş ziyanın ümumi məbləği müəyyən ediləcək”.

 

T.Əhmədov deyib ki, ilkin məlumata görə, 500-dən çox ev zəlzələdən zərər çəkib:

“İcra Hakimiyyətinə və ərazi nümayəndəliklərinə 500-dən çox ev, 3 məktəb, 2 bağça və 2 səhiyyə müəssisəsindən çatlar əmələ gəlməsi barədə müraciət daxil olub. Komissiya üzvləri həmin müraciətlərin qəzalılıq vəziyyətini müəyyən edib rəy verəcək”.

 

Rayon rəsmisi qeyd edib ki, zərər görən evlərdə yaşayış, müəssiələrdə işlər gedir, heç biri qapadılmayıb:

 

“Çatlar əmələ gələn məktəblər də, bağçalar da, tibb müəssisələri də işləyir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir