Arxiv
27 İyun 2018, 17:21 | MƏDƏNİYYƏT
Prezident iki yeni nazir müavini təyin etdi - FOTOLAR  

Azərbaycan Respublikası mədəniyyət nazirinin iki müavini təyin edilib. Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev iyunun 27-də Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.


Dövlət başçısının 27 iyun 2018-ci il tarixli digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva da mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev iyunun 27-də həmçinin Zakir İmran oğlu Sultanovun Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Rafiq Yasin oğlu Bayramov

Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972 ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.

1993-1998-cu illər ərzində qeyri-hökümət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında fəaliyyət göstərib, yerli və beynəlxalq tədbirlərin, ümumrespublika və regional layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərman və diplomlarla təltif olunub.

1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb.


2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib.

2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökümət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Sevda Yusuf qızı Məmmədəliyeva 

Sevda Yusuf qızı Məmmədəliyeva Bakı şəhərində akademik ailəsində anadan olub. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb.

1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

Fəlsəfə elmləri doktoru, professordur.

2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib.

1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

1999-cu ildə Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illlərdə həmin Rəhbər Komitənin Büro üzvü seçilib.


2010-cu ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun rəhbəri, 2011-ci ildən bəri hər iki ildə bir dəfə təşkil edilən 1-ci , 2-ci və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 2013-cü ildə Bakıda keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının, 2015-ci ildə keçirilmiş İSESKO 12-ci Baş Konfransı və İcraiyyə Şurasının Təşkilat komitələrinin sədr müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə yaradılmış BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil edib.

Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya Polşa, İraq, Dağıstan və Sankt- Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.

Bir neçə Beynəlxalq Akademiyaların əcnəbi üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin Büro üzvüdür. AMEA-nın Fəlsəfə, sosiologiya və hüquq institutunun nəzdində fəaliyyət göstərən D.01115 nömrəli Dissertasiya Şurasının üzvüdür.120-dən çox elmi işin, o cümlədən 9 kitabın müəllifidir.

YUNESKO ilə birgə “Fərqliliklə razılaşaq” və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və BMT baş katibi Ban Ki Moonun önsözü ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu şərəfinə nəşr edilmiş “Mən, Biz, Bizə” Sivilizasiyalar kitabının hazırlanmasında yaxından iştirak edib.

YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Aşıq sənəti", "Novruz Bayramı" (çoxmilli dosye kimi), "Xalça sənəti", "tar ifaçılığı sənəti" faylları, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer almış "Çövqan Qarabağ atüstü oyunu", kəlağayı sənəti, Lahıc misgərlik sənəti faylları S.Məmmədəliyevanın rəhbərliyi altında işlənib hazırlanıb.

2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülmüş, 2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə, 2015-ci ildə isə Avstriyanın elm, təhsil və incəsənət fəxri orden ilə təltif edilmişdir, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir, bir oğlu var.

Zakir İmran oğlu Sultanov


Zakir İmran oğlu Sultanov 1985-ci ildə Bakı şəhərində 6№-li orta məktəbi bitirdikdən sonra 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin inşaat fakültəsində ali təhsil alıb.

1986-1988-ci illərdə hərbi xidmətə olub.

1983-cü ildən əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Sənaye Kombinatında, “Asiman” Assosiasiyasında, Xətai Rayon İcra Komitəsində, Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2006-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib.

2014-cü il tarixindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidentinin 10.04.2014-cü il tarixli 371№-li Sərəncamı ilə “Tərəqqi” medalı və 23.04.2018-ci il tarixli 19№-li Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25