Emmanuel Makronun prezidentliyi dövründə Fransa Avropanın “ən zəif iqtisadi halqasına” çevrilib.
Modern.az xəbər verir ki, bu qiymətləndirmə “Bloomberg”in materialında yer alıb.
Nəşr qeyd edir ki, Makron 2017-ci ildə biznesyönümlü siyasətçi kimi hakimiyyətə gəlib və ölkədə iqtisadi-siyasi dəyişikliklər vəd edib. Lakin onun vəd etdiyi “inqilab” Fransanın dövlət iqtisadi siyasətində əsaslı dönüş yaratmayıb.
Materialda Fransada dövlət xərclərinin digər Qərb ölkələri ilə müqayisədə ənənəvi olaraq daha böyük rol oynadığı vurğulanıb.
“Bloomberg”in qiymətləndirməsinə görə, Makronun 2027-ci ildə prezidentlikdən ayrılmasından sonra onun siyasi hərəkatı da faktiki olaraq təsirini itirəcək.