Modern.az

Qayınata kürəkənini bıçaqladı

Qayınata kürəkənini bıçaqladı

Hadisə

Bu gün, 15:47

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Almalı kəndində qeydə alınıb.

Kənd sakini Abil Verdiyev bıçaq xəsarəti ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərov tərəfindən törədildiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?